Zelenskidən Almaniya kanslerinə: Ya tam, ya da heç
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merzin Ukraynanın Avropa İttifaqına(Aİ) qismən üzvlüyü təklifini rədd edərək, ölkəsinin bloka tamhüquqlu üzvlüyə layiq olduğunu bildirib.
Bu, Kiyevin Avropaya inteqrasiyasında yarımçıq tədbirləri qəbul etməkdən imtina etdiyini bir daha təsdiqləyir.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Zelenski Avropa Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və Kipr prezidenti Nikos Christodoulides-ə ünvanladığı məktubda yazıb: “Biz üzvlüyə heç vaxt bir növ “yarı-İttifaqa” qoşulmaq kimi baxmamışıq.
Agentlik vurğulayıb ki, bu məktub Ukraynanın Almaniya kansleri Fridrix Mertsin gələcəkdə tam üzvlükdən əvvəl müvəqqəti addım kimi Ukraynaya Aİ-də "assosiativ üzvlük" verilməsi təklifinə açıq şəkildə qarşı çıxmasıdır.
22:28 27.05.2026
Oxunuş sayı: 60