Xəzərdə suyun səviyyəsi azalır: Tədbir görülməlidir!
Xəzər dənizində suyun səviyyəsinin azalması region ölkələri üçün ciddi ekoloji və iqtisadi çağırış olaraq qalır. Belə ki, problemin həlli üçün yalnız bir maliyyə mənbəyinə arxalanmaq kifayət etmir və bu prosesdə həm dövlət, həm də özəl sektorun birgə iştirakı vacibdir.
Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan müzakirələrdə bildirilib ki, iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin həyata keçirilməsi üçün maliyyə imkanları ilə yanaşı, yerli icra potensialının gücləndirilməsi və layihələrin beynəlxalq standartlara uyğun hazırlanması da əsas şərtlərdən biridir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bu barədə Crossmedia.az-a açıqlama verib.
O qeyd edib ki, son 30 ildə dünyada olan daxili göllərin təxminən yarıdan çoxu əhəmiyyətli dərəcədə suyunu itirib, bunların bir qismi isə tamamilə quruyub: " Aral gölü, Urmiya gölü, Çad gölü haqqında tamamilə quruyub. Sulu göllər əvvəllər çox müxtəlif və rəngarəng ekosistem xidmətləri təmin edən göllər idi. Burada həm balıqlar yaşayırdı, həm də rütubətli ərazilərdə yaşayan quşlar burada yaşayırdılar. Adını sadaladığım göllər isə tamamilə bu funksiyalardan məhrum olmuşdur. Həmçinin, quruma prosesi gözlənilmədən başlayır. Çünki göllərdə suyun azalması ilkin etaplarda gözlə görünməyəcək qədər az olur. Məsələn, göllərə tökülən çayların suyundan aşırı istifadə etsək belə, bu, göllərin səviyyəsində dərhal özünü göstərmir. Məhz müəyyən bir dövrdən sonra bu özünü göstərməyə başlayır və qəflətən ekoloji faciənin şahidi oluruq. Aral dənizində və Urmiya gölündə də vəziyyət belə olub. İndi isə bu proses Xəzərdə başlayı".
R.Abbasov vurğulayıb ki, bu proses dönməz ola bilər: "Əgər bugün adaptasiya tədbirləri həyata keçirilməzsə, bu proses dönməz olacaq. Buna görə də Azərbaycan bu prosesə artıq başlamışdır".
Fatimə Məmmədova
18:26 25.05.2026
Oxunuş sayı: 53