Dmanisi Tədris Mərkəzi abituriyentlərin uğur yoluna dəstək verir
Gürcüstanın Dmanisi şəhərində fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində keçirilən mütəmadi sınaq imtahanları və interaktiv məşğələlər şagirdlərin böyük marağına səbəb olur.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
İmtahanlar ali məktəblərə qəbul və Dövlət İmtahan Mərkəzinin test standartlarına uyğun şəkildə həyata keçirilir.
Mərkəzin rəhbəri Kamran Xıdırov əsas məqsədlərinin abituriyentlərdə analitik düşüncə, məntiqi təfəkkür və qərarvermə bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib. Onun sözlərinə görə, hər bir şagird üçün fərdi inkişaf planı hazırlanır. Müasir metodlarla keçirilən dərslər və sınaq imtahanları abituriyentlərin hazırlıq səviyyəsinin yüksəlməsinə kömək edir.
12:25 25.05.2026
Oxunuş sayı: 42