ABŞ və İran arasında yeni gərginlik yaranıb
İran ilə ABŞ arasında mümkün anlaşma sazişinin ləğv olunma ehtimalı yaranıb.
Crossmedia.az xəbər verir ki, "Tasnim News" agentliyinin məlumatına görə, tərəflər arasında aparılan son müzakirələrə baxmayaraq, Vaşinqton razılaşmanın bəzi maddələri üzrə çətinlik yaratmağa davam edir.
Məlumata əsasən, əsas fikir ayrılıqlarından biri İranın dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması məsələsidir və bu mövzu hələ də həll olunmamış qalır.
"Tasnim News" yazır ki, yaranmış vəziyyət səbəbindən sazişin tamamilə ləğv edilməsi ehtimalı nəzərdən keçirilir.
İran tərəfi isə bəyan edib ki, ölkənin “qırmızı xətləri”ndən geri çəkilməyəcək və xalqın hüquqlarını müdafiə etməkdə israrlıdır.
10:44 25.05.2026
Oxunuş sayı: 65