Mikayıl Cabbarov U15 Avropa çempionatında qızıl medal qazanan idmançını təbrik edib
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edib.
Crossmedia.az xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.
O, U15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:
"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".
20:09 23.05.2026
Oxunuş sayı: 53