Bir il ərzində "Lexus"un satışı iki dəfə artıb
Avtostat rəhbəri Sergey Tselikovun sözlərinə görə, 2026-cı ilin yanvar-aprel ayları arasında Rusiyada yeni Lexus minik avtomobillərinin satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 90% artaraq 1495 avtomobilə çatıb.
Crossmedia.az bu barədə TASS-a istinadən məlumat yayır.
Bildirilir ki, "Lexus RX krossoveri" bu satışların yarısından çoxunu (59,6%) təşkil edib və 891 satılıb.
Ən populyar üç model arasında tam ölçülü "Lexus LX krossoveri" (367) və "Lexus ES biznes" sinif sedanı (108 ) də var idi.
"Bir çox digər markalardan fərqli olaraq, bu il satılan "Lexus" avtomobillərinin 84%-i Yaponiyada yığılıb. "Lexus"un Çin versiyaları satışların yalnız 12,5%-ni təşkil edir", - Tselikov qeyd edib.
2025-ci ilin yanvar-aprel ayları arasında Rusiyada 785 yeni Lexus avtomobili qeydiyyata alınıb.
02:01 21.05.2026
Oxunuş sayı: 46