Moldovada yaşayan soydaşımız WUF13-də çıxış edəcək
Dünyanın müxtəlif ölkələrindən şəhər rəhbərləri, mütəxəssislər və beynəlxalq təşkilatların nümayəndələri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunda (WUF13) bir araya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Forumda iştirak edəcək həmyerlimiz, moldovalı sahibkar, Moldova Azərbaycanlıları Konqresi şurasının sədri Ramil Adıgözəlov bu mötəbər tədbirin şəhərsalma, rəqəmsallaşma, mobillik və şəhər infrastrukturunun inkişafı sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Soydaşımız WUF13-ün şəhərlər arasında beynəlxalq əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinə və davamlı inkişaf üzrə yeni həllərin formalaşmasına mühüm töhfə verəcəyini deyib. Onun fikrincə Bakı forumu müasir urbanizasiya sahəsində qlobal dialoqu daha da gücləndirəcək.
17:55 20.05.2026
Oxunuş sayı: 51