Hamiltonda Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
Kanadanın Hamilton şəhərində 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Şəhərin “Siti Hol” mərkəzində Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə üçrəngli bayrağımız gənc soydaşlarımızın iştirakı ilə səmaya ucaldılıb.
Hamilton-Ventvorz Katolik Rayon Təhsil Şurasının (Hamilton-Wentworth Catholic District School Board) nəzdindəki Azərbaycan dili məktəbinin müəllimi Hörmət Mürşüdova şagirdlərə 28 May tarixinin əhəmiyyəti ilə bağlı məlumat verib.
Mərasimdən sonra Azərbaycan dili sinfinin şagirdləri üçün piknik təşkil olunub. Uşaqlar bayramı böyük sevinc və coşqu ilə qeyd edərək müxtəlif əyləncələrdə iştirak ediblər.
15:47 20.05.2026
Oxunuş sayı: 52