GAİM-də yunan-roma güləşi dərsləri davam edir
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yunan-roma güləşi dərsləri uğurla davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Gənclərin fiziki inkişafına, sağlam həyat tərzinin formalaşmasına və idmana olan marağının artırılmasına yönəlmiş bu dərslər iştirakçılar üçün böyük imkanlar yaradır.
Dərslər peşəkar güləş məşqçiləri Elçin Mustafayev və Elşən Qocayev tərəfindən həftənin I, III və V günləri saat 16:00-dan 18:00-dək keçirilir.
Təlimlər zamanı iştirakçılara yunan-roma güləşinin əsas texnikaları, fiziki hazırlıq qaydaları, dözümlülük və intizam bacarıqları öyrədilir. Təcrübəli məşqçilərin rəhbərliyi altında keçirilən məşqlər iştirakçıların idman sahəsində yeni uğurlar qazanmasına mühüm töhfə verir.
18:56 19.05.2026
Oxunuş sayı: 49