Bəzi ərazilərdə qaz kəsiləcək
Bu gün saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd edək ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
07:34 19.05.2026
Oxunuş sayı: 48