"Şamaxı"nın futbolçusu əməliyyat olunub
"Şamaxı"nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
Crossmedia.az xəbər verir ki, klubdan verilən məlumata görə, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, David Santos "Sabah"a uduzduqları Misli Premyer Liqasının XXX turunun oyununda (0:3) zədələnmişdi.
23:35 18.05.2026
Oxunuş sayı: 56