Yaponiya Yaxın Şərq böhranından sonra ilk dəfə Azərbaycandan neft alacaq
Yaponiya Yaxın Şərqdə gərginliyin artmasından sonra ilk dəfə Azərbaycandan neft partiyası qəbul edəcək.
Crossmedia.az xəbər verir ki, Azərbaycan nefti daşıyan tanker çərşənbə axşamı Yokohama limanına çatmalıdır.
Məlumata görə, neft yükü Yaponiyanın “Eneos” şirkəti üçün nəzərdə tutulub.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatında bildirilir ki, bu addım Hörmüz boğazı üzərindən tədarükdə yaranan fasilələr fonunda atılıb.
Nigar Xəlilli
15:07 11.05.2026
Oxunuş sayı: 57