Xameneyinin yaralanması ilə bağlı yeni detallar açıqlanıb
İranın hökumət görüşlərinin koordinatoru Məzahir Hüseyni ali dini lider Müctəba Xameneyinin səhhəti barədə yeni açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Al-Araby TV məlumat yayıb.
Hüseyninin sözlərinə görə, Müctəba Xameneyi 28 fevral hücumu zamanı partlayış dalğasının təsiri ilə yıxılıb. Hadisə nəticəsində onun diz və bel nahiyəsindən xəsarət aldığı, həmçinin qulağının arxasında kiçik kəsik yarası yarandığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bel nahiyəsindəki zədə artıq sağalıb, dizdəki problemin isə yaxın vaxtlarda tam bərpa olunacağı gözlənilir. Qulağının arxasındakı yaranın isə əmmaməyə görə görünmədiyi vurğulanıb.
12:56 10.05.2026
Oxunuş sayı: 49