87 iştirakçı, 33 qalib — “Ən yaxşı təqdimat”ın nəticələri açıqlandı
“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Crossmedia.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini və Mərkəzi Aparıtının rəhbəri Tahir Budaqov, Milli Məclis sədrinin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev və bir çox rəsmilər iştirak edib.
Müsabiqədə ümumilikdə 87 nəfər iştirak edib ki, onlardan 33 nəfər müsabiqənin qalibi olub. Qaliblərdən 6 nəfər birinci, 11 nəfər ikinci, 16 nəfər isə üçüncü yerə layiq görülüb.
Tədbir sonda musiqili proqramla davam edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir. Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
12:10 07.05.2026
Oxunuş sayı: 47