Heydər Əliyev həm sovet, həm müstəqillik dövründə gənclərə önəm verib - Tahir Budaqov
Heydər Əliyev həm sovet dönəmində həm müstəqilik dövründə gənclərə böyük diqqət göstərib.
Crossmedia.az xəbər verir ki, bu fikri "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Yeni Azərbaycan Partiyası sədrinin müavini və Mərkızi Aparat rəhbəri Tahir Budaqov bildirib.
Aparar rəhbəri Heydər Əliyevin hələ sovet dönəmindən gənclərə böyük diqqət göstərdiyini və Azərbaycan gəncinin maariflənməsi istiqamətində mühüm işlər gördüyünü qeyd edib.
O, Ulu Öndərin Təhsil millətin gələcəyidir prinsipinin bu gündə öz aktuallığını qoruyub saxladığını və bu gün də bu missiyanın cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini, həmçinin bu işlərinin hamısının təhsilin inkişafına hesablandığını vurğulayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir.
Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
11:50 07.05.2026
Oxunuş sayı: 47