Məktəblilərin ən çox maraq göstərdiyi müsabiqənin qalibləri açıqlandı
“Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir
Crossmedia.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi və şagirdlərin nitq, təqdimat, araşdırma və analitik düşüncə bacarıqlarının inkişafına yönələn layihələrdən biridir.
Müsabiqədə iştirakçılar müxtəlif mövzular üzrə təqdimatlarla çıxış edir, onların sərbəst nitqi, auditoriya qarşısında çıxış bacarığı və yaradıcı yanaşması qiymətləndirilir.
Məlumat üçün bildirək ki, layihə son illərdə məktəblilər arasında ən çox maraq göstərilən müsabiqələrdən hesab olunur. Final mərhələsində ölkənin müxtəlif bölgələrindən şagirdlər iştirak edir, fərqlənən iştirakçılar isə diplom və xüsusi hədiyyələrlə mükafatlandırılır.
Elmir Heydərli
11:18 07.05.2026
Oxunuş sayı: 60