Füzulidə itkin düşən üç şəxsin qalıqları tapılıb
33 il əvvəl itkin düşən Füzuli rayonunun üç sakininin taleyi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, araşdırmalar nəticəsində 1993-cü ildə itkin düşmüş şəxslərin qalıqları tapılıb.
Məlumata görə, İşıqlı kənd sakini Zaur Sadıqov və Ələddin Xəziyev, həmçinin Aşağı Əbdürrəhmanlı kəndindən Rafiq Cəfərovun qalıqları müəyyən edilib.
Onların 1993-cü ilin iyul-avqust aylarında itkin düşdüyü bildirilir.
Qalıqların mayın 15-də dəfn ediləcəyi qeyd olunur.
12:57 06.05.2026
Oxunuş sayı: 45