174 tələbə ilə başlayan layihə - “Çətir universiteti” modeli nədir və necə işləyəcək?
"Çətir universiteti" modeli reallaşır - Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır
Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilən Türkiyə-Azərbaycan Universiteti artıq fəaliyyətini genişləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan Universitetində keçirilən infotur zamanı məlumat verilib.
Qeyd olunub ki, universitetin yaradılması ilə bağlı Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb və bu model çərçivəsində Azərbaycan tərəfi maddi-texniki baza ilə təminat verir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti və proqramların təşkilinə cavabdehdir.
Xatırladaq ki, layihə Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.
Elmir Heydərli
11:32 06.05.2026
Oxunuş sayı: 152