ABŞ Ermənistanda aktivləşə bilər
İranla münasibətlərdə uğursuzluğa düçar olan ABŞ Ermənistanda daha aktivləşə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə politoloq Movses Qazaryan "Sputnik Armenia"-ya bildirib.
O, qeyd edib ki, regionda siyasi gərginlik Bakı-Ankara və Ankara-İrəvan xəttində də müşahidə oluna bilər: "Bunun Tbilisi-Ankara xəttində də müşahidə oluna biləcəyi istisna edilməməlidir.
Ermənistanla münasibətlərin Tramp administrasiyası, Ağ Evə yaxın şəxslər, ekspertlər və qeyri-kommersiya təşkilatlarının nümayəndələri tərəfindən müəyyən dərəcədə intensivləşdiyini də görəcəyik".
23:17 30.04.2026
Oxunuş sayı: 63