Peskov Ukrayna ilə danışıqların Azərbaycanda keçirilmə ehtimalına münasibət bildirdi
Kreml sözçüsü Dmitri Peskov Ukraynanın Azərbaycandan nizamlanma danışıqları üçün platforma kimi istifadə olunması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peskov qeyd edib ki, hazırda bu mövzuda hər hansı konkret danışıqlardan söhbət getmir və belə bir platformanın formalaşdırılması gündəmdə deyil.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin müxtəlif ölkələrdən danışıqlar platforması kimi istifadə etmək istəyi ilə bağlı açıqlamasını da şərh edərək, bu fikirlərin real danışıqlar prosesi ilə uzlaşmadığını bildirib.
Kreml rəsmisi əlavə edib ki, Ukrayna nizamlanması ilə bağlı proseslər yalnız tərəflər arasında razılaşdırılmış formatlar çərçivəsində müzakirə oluna bilər.
16:50 30.04.2026
Oxunuş sayı: 48