İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş güləş üzrə Avropa çempionatında fərqlənən idmançıları və onların məşqçilərini qəbul edib.
Crossmedia.az xəbər verir ki, Prezidentin qəbul etdiyi idmançılar arasında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış güləşçilər və onların məşqçiləri olub.
Xatırladaq ki, güləş üzrə Avropa çempionatı Tiranada aprelin 26-30-da keçirilib.
12:10 30.04.2026
Oxunuş sayı: 47