MİQ-də sosial həssas qruplara güzəştlər tətbiq olunacaq
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirakın ödənişli əsaslarla tətbiqinə baxmayaraq, sosial həssas kateqoriyalara aid şəxslər üçün ödəniş tələbi müəyyən olunmayıb.
Crossmedia.az xəbər verir ki, bu sözləri Məktəbəqədər Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O, bu barədə təqdim edilən dəyişikliklərdə bildirib ki, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə bir sıra iştirakçılar üçün xüsusi güzəşt mexanizmi tətbiq edilir.
Direktor qərara əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər müsabiqədə ödənişsiz iştirak edə biləcəklər:
1) Müsabiqədə ilk dəfə iştirak edənlər,
2) Əlilliyi olan şəxslər,
3) Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,
4) Şəhid ailələrinin üzvləri,
5) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər.
Bu yanaşma sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarını genişləndirməyə, onların əmək bazarına inteqrasiyasını dəstəkləməyə və təhsil sistemində iştirakını stimullaşdırmağa xidmət edir.
Direktor həmçinin bununla yanaşı, təhsil sahəsində rəqəmsallaşma istiqamətində də mühüm addımlar atıldığını və “Rəqəmsal məktəb” platformasının tətbiqi gələn tədris ilindən daha 5 şəhərdə genişləndiriləcək. Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində kağız jurnal sistemi ləğv olunaraq tam rəqəmsal idarəetməyə keçid təmin ediləcək.
Elmir Heydərli
15:20 28.04.2026
Oxunuş sayı: 85