Azərbaycanın görkəmli alim-oftalmoloqu Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın görkəmli alim-oftalmoloqu Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd olunur.
Crossmedia.az xəbər verir ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanda anadan olub, 1985-ci ildə Moskva şəhərində vəfat edib.
O, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra oftalmologiya sahəsində ixtisaslaşıb və uzun illər elmi-tədqiqat fəaliyyəti ilə məşğul olub.
Vurğulayaq ki, alim xüsusilə istehsalatla bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm nailiyyətlər əldə edib, bir sıra monoqrafiya və elmi əsərlərin müəllifi olub.
Zərifə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib və SSRİ miqyasında tanınan aparıcı oftalmoloqlardan biri kimi qəbul olunub.
Qeyd edək ki, onun tibb elminə verdiyi töhfələr bu gün də aktual olaraq qalır, xatirəsi ölkədə dərin ehtiramla yad edilir.
07:25 28.04.2026
Oxunuş sayı: 56