Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Crossmedia.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.
İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.
21:31 26.04.2026
Oxunuş sayı: 43