Azərbaycan Premyer Liqasında XXIX tura start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Crossmedia.az xəbər verir ki, günün ilk oyununda "İmişli" "Sumqayıt"ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.
Qonaqlar 35 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.
Günün son görüşündə "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matç saat 18:30-da start götürəcək.
Naxçıvan klubu 39 xalla 6-cı, "Qəbələ" isə 19 xalla 11-ci yerdədir.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.
10:32 25.04.2026
Oxunuş sayı: 41