Fransa və Polşa Baltik dənizi bölgəsində hərbi təlimlər planlaşdırır
Fransa və Polşa Baltik dənizi üzərində nüvə təlimləri planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” mənbələrə istinadla yazıb.
Məlumata görə, Fransa və Polşa Rusiya Federasiyasındakı hədəflərə zərbələrin simulyasiyasını nəzərdə tutan hərbi təlimlər keçirməyi planlaşdırır.
Məlumata görə, təlimlərin ssenarisi Baltik dənizi bölgəsində həyata keçiriləcək və əsas məqsəd hədəf aşkarlanması və uzaqmənzilli silahlarla zərbə simulyasiyası olacaq.
Məlumata görə, bu çərçivədə xüsusilə ABŞ istehsalı olan JASSM-ER qanadlı raketlərinin istifadəsi ilə Sankt-Peterburq ərazisindəki mühüm hədəflərə zərbə ssenariləri də təlimlərə daxil edilə bilər.
18:44 23.04.2026
Oxunuş sayı: 52