RUBx kriptosuna və rəqəmsal rubl layihəsinə tam qadağa QOYULDU
Avropa İttifaqı kriptovalyuta və rəqəmsal valyuta sahəsində yeni məhdudiyyətlər tətbiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı RUBx kriptovalyutası ilə əməliyyatların aparılmasını və rəqəmsal rublun inkişafına yönəlmiş hər hansı Aİ dəstəyini qadağan edib.
Qərarın maliyyə texnologiyaları və rəqəmsal valyuta bazarına təsir göstərə biləcəyi bildirilir.
18:15 23.04.2026
Oxunuş sayı: 52