Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, nazir "X" sosial şəbəkəsində hesabında bildirib.
"Beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə Mentorluq proqramı çərçivəsində görüşdük. Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi apardıq. Eyni zamanda onların idarəetmə bacarıqlarının gücləndirilməsi və innovativ layihələrdə daha fəal iştirak perspektivlərini müzakirə etdik", - nazir qeyd edib.
13:45 23.04.2026
Oxunuş sayı: 50