Şöbə rəisi: Qatarlar arasında olan interval mərhələ ilə tam bərpa olunur
Məlum olduğu kimi 2 gün öncə Bakı Metropoliteninin Ulduz-Nərimanov marşrutunda baş vermiş texniki insidentdən sonra qatarların fəaliyyətində problemlər yaranmışdı. Problemin araşdırılıb aradan qaldırılması məqsədilə ötən gün şənbə günü qrafiki tətbiq olunmuşdu ki, bu da öz növbəsində sərnişin sıxlığına səbəb olmuşdur. Bu gün isə artıq bu sıxlıq demək olar artıq aradan qaldırılıb.
Qatarların hazırki iş qrafiki viıə bağlı Bakı Metropoliteninin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Crossmedia.az-ın sorğusan cavab olaraq artıq mərhələli şəkildə qatarlar əvvəlki intervalında qayıtdığımı qeyd edib:

"Hazırda qatarlar arasında interval mərhələ ilə əvvəlki vəziyyətinə qayıdır və bu məsələdə intensiv işlər görülür".
Metropoliteni rəsmisi həmçinin əsas məqam kimi hərəkətin sabit və dayanıqlı təşkili üçün olan bütün məsələləri plana uyğun təmin etmək olduğunu bildirib.
"Bizim hazırda əsas işimiz hərəkətin sabit və dayanıqlı təşkili üçün bütün məsələləri plana uyğun təmin edib işi təşkil etməkdir" - deyə qurum rəsmisi əlavə edib.
Elmir Heydərli
09:35 23.04.2026
Oxunuş sayı: 65