Yunis Hüseynov: Zirə" ilə ilk oyunda haqqımızı yedilər
"Turan Tovuz" klubunun məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinal mərhələsində komandasının haqqının yeyildiyini düşünür.
Crossmedia.az xəbər verir ki, bu barədə mütəxəssis özü "Zirə" ilə keçirilən yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında bildirib.
"Bugünkü oyunda qalib gəlmək istəyirdik. Özünüz gördünüz ki, oyunda güclü tərəf biz idik. Keçən oyun haqqımızı yedilər. Haqlı olaraq finala vəsiqə qazanan komanda biz olmalı idik. Keçən matçdakı hakim səhvləri bu günkü oyuna təsir etdi. Əziyət çəkən futbolçuların haqqı yeyildi. "Zirə" komandasına uğurlar arzu edirəm", - deyə o söyləyib.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə bitib. Cavab oyununda isə hesab açılmayıb və Bakı klubu 2 qarşılaşmanın nəticəsinə əsasən finala adlayıb.
21:51 21.04.2026
Oxunuş sayı: 54