Azərbaycanın daha bir güləşçisi İslam Abbasov bürünc medal qazanıb - Yenilənib
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Doğan Kayaya (5:1) qalib gələrək fəxri kürsüyə yüksəlib.
Daha əvvəl güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaq.
20:13
Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Ömər Halis Rəcəbə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Qeyd edək ki, bu gün İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) də bürünc medal uğrunda yarışacaqlar.
21:44 21.04.2026
Oxunuş sayı: 48