Leyla Abdullayeva Paris İnstitutunun tələbələrinə Azərbaycan barədə məlumat verib
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris İnstitutunda tələbələrlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, L. Abdullayeva bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"London Universitetinin Paris İnstitutunda əla görüş keçirdik", - o bildirib və dəvətə görə ULIP tələbə ittifaqına təşəkkür edib: "Tələbələrə Azərbaycanı təqdim etməkdən, regional geosiyasi proseslər barədə danışmaqdan və maraqlı müzakirənin bir hissəsi olmaqdan şad oldum".
19:07 21.04.2026
Oxunuş sayı: 60