Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da finala yüksəlib - Yenilənib
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Crossmedia.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Digər güləşçi Nihat Məmmədli (60 kq) bürünc, Həsrət Cəfərov (67 kq) isə qızıl medal uğrunda mübarizə aparacaq.
Medal görüşləri sabah baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
19:17
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Crossmedia.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Digər təmsilçimiz Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
18:57
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Crossmedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda ermənistanlı rəqibi Suren Ağacanyana uduzub.
Bununla da Nihat Məmmədli üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
19:45 21.04.2026
Oxunuş sayı: 52