Tbilisidə “Tramp Qülləsi” tikiləcək
ABŞ-nin The Tramp Organization şirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində 70 mərtəbəli “Tramp Qülləsi” inşa etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Bildirilib ki, layihə yerli tikinti şirkətləri ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək. Çoxfunksiyalı göydələndə elit mənzillər, ticarət obyektləri və otel xidmətləri yer alacaq.
Qeyd olunub ki, layihə həyata keçirilərsə, bina Tbilisinin ən hündür tikilisinə çevriləcək.
11:00 19.04.2026
Oxunuş sayı: 55