ABŞ və İran arasında danışıqların keçirələcəyi tarix açıqlanıb
ABŞ və İran arasında danışıqların aprelin 20-i Pakistanda keçirilməsi ehtimalı var. Baxmayaraq ki, onlar hələ rəsmi olaraq təyin olunmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ prezident administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Məmurun sözlərinə görə, Prezident Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və iştirak etməyə hazırdır.
Nəşr qeyd edib ki, ötən həftə sonu bir neçə raund danışıqlar baş tutsa da, münaqişəyə son qoya biləcək irəliləyiş əldə olunmayıb.
23:52 17.04.2026
Oxunuş sayı: 46