"Sabah" yarımfinala vəsiqə qazanıb
"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.
Bakı İdman Sarayındakı qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.
İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.
Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
21:23 17.04.2026
Oxunuş sayı: 46