Hikmət Hacıyev: Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır
Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib.
Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür".
18:45 17.04.2026
Oxunuş sayı: 42