Bakalavriata yeni ixtisas ƏLAVƏ EDİLDİ
"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.
14:36 17.04.2026
Oxunuş sayı: 580