“Yüksəliş”ə rekord maraq - müraciət edənlərin sayı artır
"Yüksəliş” müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi 16 aprel 2026-cı il tarixində uğurla başa çatıb. Müsabiqəyə müraciət edənlərin sayında artım müşahidə edilir.
Crossmedia.az xəbər verir ki, bunu Yüksəliş işçi qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib
Qeydiyyat müddəti ərzində müsabiqədə iştirak etmək üçün ümumilikdə 17 651 nəfər müraciət edib. VI mövsüm üzrə qeydə alınan bu nəticə müsabiqəyə ictimai marağın ildən-ilə yüksəldiyini göstərməklə yanaşı, iştirakçı sayı baxımından əvvəlki mövsümlərlə müqayisədə daha yüksək göstəricinin əldə olunduğunu ortaya qoyur.
Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə bu rəqəm 16 553 nəfər təşkil edib.
Ayhan
13:04 17.04.2026
Oxunuş sayı: 288