Türkiyədə möcüzə: Divarı dağıdaraq mənzildən çıxıblar
Türkiyənin Qaziosmanpaşa rayonunun Şemsipaşa məhəlləsindəki bir mənzil binasının girişində yerləşən metal qırıntıları anbarında naməlum səbəbdən yanğın baş verib.
Crossmedia.az "HaberGlobal"-a istinadən xəbər verir.
Yanğın qısa müddətdə ərazini bürüyüb.
İddiaya görə, qapının qarşısında soyuducular olduğundan qaça bilməyən işçilər divarı dağıdıblar və mənzildən çıxıblar.
Məlumat alındıqdan sonra hadisə yerinə göndərilən yanğınsöndürənlər müdaxilə edərək alovu nəzarət altına alıblar.
06:40 12.04.2026
Oxunuş sayı: 51