Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? - DOSYE
Yaşar Əməşov Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsindən azad olunaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib.
Crossmedia.az xəbər verir ki, 50 yaşlı Y.Əməşov 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004-2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb.
1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998-2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004-2006-cı illərdə böyük məsləhətçisi, 2006-2007-ci illərdə baş məsləhətçisi, 2007-2008-ci illərdə sektor müdiri, 2008-2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb.
Azərbaycan, ingilis və rus dillərini bilir. 3-cü dərəcə dövlət müşaviridir.
15:05 09.04.2026
Oxunuş sayı: 75