Bəzi ərazilərdə qaz olmayacaq
Bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 9 aprel saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa-Gülçülük, Südçülük, Daş karxanası və "Subtropik sovxoz" ərazisinin, Binəqədi rayonu üzrə isə 7-ci mikrorayon, A.Kunanbayev, İ.Hacıyev və S.Axundov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda bildirilib.
08:56 09.04.2026
Oxunuş sayı: 57