Azərbaycan millisi növbəti dəfə Moldovanı məğlub edib
Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova seçməsi ilə qarşılaşıb.
Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Azərbaycan qələbə qazanıb - 8:5.
21:47 07.04.2026
Oxunuş sayı: 48