Xəzər dənizində zəlzələ baş verib - YENİLƏNİB
Xəzər dənizində növbəti dəfə zəlzələ olub.
Bu barədə Crossmedia.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:35-də qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi 72 km olub.
Qeyd edək ki, aprelin 7-si saat 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.
08:18
Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.
09:34 07.04.2026
Oxunuş sayı: 50