Füzuli Məmmədov "Qarabağ"la oyun barədə danışmağa ehtiyac duymayıb
"Qarabağ"la oyun barəsində danışmağa ehtiyac yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının XXVI turunda Ağdam təmsilçisinə qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis böyük hesabla məğlub olduqları qarşılaşmanı qısa şərh edib:
"Hər şey bəllidir. Bu gün ağır oyunda acı məğlubiyyət aldıq. "Qarabağ"a qarşıdakı matçlarda uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" görüşü "köhlən atlar"ın 7:0 hesablı qələbəsi ilə bitib.
22:31 06.04.2026
Oxunuş sayı: 40