Almaniyada kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub? – Rəsmi cavab
Almaniyanın "Der Spiegel" nəşrinin verdiyi məlumata görə, ölkədə 17-45 yaş arası kişilərin xaricə çıxışına qadağa qoyulması ilə bağlı yayılan şayiələr təkzib edilib.
Crossmedia.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi bəyan edib ki, heç bir məhdudiyyət tətbiq olunmayıb, mediada yayılan məlumatlar isə qanunun yanlış şərhidir.
Müzakirələrə səbəb olan məqam köhnə bir hüquqi normadır. Həmin normaya əsasən, 17 yaşından yuxarı kişilər xaricə uzunmüddətli (3 aydan çox) səfərlər üçün formal olaraq Bundesverin (Almaniya Silahlı Qüvvələri) icazəsini almalı idilər. Lakin nazirlik vurğulayıb ki, bu qayda "Soyuq müharibə" dövründən qalıb və hazırda tətbiq edilmir.
Qeyd edək ki, Almaniyada hərbi xidmət könüllü olduğu və səfərbərlik elan edilmədiyi üçün çağırış yaşındakı kişilərin ölkədən çıxışına dair heç bir real tələb və ya məhdudiyyət mövcud deyil.
Turqut Ansari
08:42 06.04.2026
Oxunuş sayı: 46