Tramp İrana sərt ultimatum verdi: Hörmüz boğazını açın
ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazı ilə bağlı kəskin şəkildə xəbərdar edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ lideri özünün "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Tehran aprelin 7-dək boğazı açmalıdır.
Tramp paylaşımında yazıb:
"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günü olacaq. Belə bir şey heç vaxt olmayıb! Lənətə gəlmiş Hörmüz boğazını açın, yoxsa çox ağır nəticələrlə üzləşəcəksiniz – SADƏCƏ İZLƏYİN! Allaha həmd olsun."
Onun sözlərinə görə, əgər tələb yerinə yetirilməzsə, İran ciddi cavabla qarşılaşa bilər. Bu açıqlama Vaşinqton–Tehran xəttində gərginliyin daha da artdığını göstərir.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur. Körfəz ölkələrindən ixrac edilən neftin böyük hissəsi məhz bu keçid vasitəsilə qlobal bazarlara çıxarılır. Bu səbəbdən bölgədə baş verən hər hansı gərginlik beynəlxalq enerji bazarlarına ciddi təsir göstərir.
21:00 05.04.2026
Oxunuş sayı: 59