Bu məhsullar bahalaşdı - SİYAHI
ABŞ-İsrail və İran müharibəsinin başlanmasından sonra dünya üzrə əsas xammal və enerji məhsullarının qiymətlərində kəskin artım qeydə alınıb. Analitiklər bunu bazarlarda yaranan qeyri-müəyyənlik, təchizat zəncirindəki risklər və enerji resurslarına tələbatın artması ilə izah edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatlara görə, ən ciddi bahalaşma aşağıdakı sahələrdə müşahidə olunub:
Qırıcı yanacağı – 95%
Kükürd – 73%
İstilik nefti – 68%
ABŞ xam nefti – 66%
Avropa təbii qazı – 57%
Brent xam nefti – 50%
Dizel yanacağı – 49%
Amonyak – 48%
Benzin – 43%
Gübrə – 31%
Palma yağı – 20%
Ekspertlər hesab edir ki, enerji daşıyıcılarının bahalaşması digər sahələrə də domino effekti ilə təsir göstərərək qlobal inflyasiyanı sürətləndirə bilər.
12:14 05.04.2026
Oxunuş sayı: 287