Qasım Süleymaninin qızı ABŞ-də həbs olunanlarla qohumluq əlaqələrini təkzib edib
Qasım Süleymaninin qızı ABŞ-də həbs olunanlarla qohumluq əlaqələrini təkzib edib.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın "Qüds" qanadının öldürülmüş komandanı Qasım Süleymaninin qızı Nərgiz Süleymani ABŞ-nin həbs etdiyi Həmidə Süleymani Əfşar və onun qızı ilə hər hansı qohumluq əlaqəsinin olduğunu inkar edib.
"Jamaran News" xanım Süleymaninin ABŞ-də həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlamasının "inanılmazdır... Çünki əsasən hər iki qardaşı övladı xanım deyil, bəydir" deyə yazdığı mətni dərc edib.
O, əlavə edib: "Bu günə qədər Süleymaninin ailəsindən və ya qohumlarından heç kim ABŞ-də yaşamayıb".
Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin cümə günü ABŞ federal agentləri tərəfindən həbs olunduğunu və onların yaşayış icazələrinin (Green Card) ölkənin dövlət katibi Marko Rubionun göstərişi ilə ləğv edildiyini açıqlayıb.
10:45 05.04.2026
Oxunuş sayı: 114