Ukrayna Rusiya tərəfindən döyüşən bir azərbaycanlını ekstradisiya edib
Ukrayna Rusiya tərəfində döyüşən bir azərbaycanlını ekstradisiya edib. Onu əsir götürüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 45 yaşlı Hacıqabul sakini 2023-cü ilin oktyabr ayında Rusiya Silahlı Qüvvələri ilə iki illik müqavilə imzalayıb. Onun heç bir hərbi təcrübəsi olmayıb. Əvvəllər ingilis dili müəllimi işləyib.
"Şəxs terrorçu "DPR"-in bölməsi olan 1-ci Slavyansk Briqadasına yazılıb və orada hücum rotasında qumbaraatan operatorunun köməkçisi kimi xidmət edib. İyunun 21-i 2024-cü ildə Donetsk vilayətinin Oçeretino kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən tutulub. Sonra Lvov istintaq təcridxanasında saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, həmin şəxs Azərbaycan Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri ilə cinayət törətməkdə ittiham olunub."
22:14 04.04.2026
Oxunuş sayı: 59